Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə Putinə rəğbət bəsləyənlər... - Perenciyev

Türkiyədə Putinə rəğbət bəsləyənlər... - Perenciyev

Tarix: 4 Iyun 2022 16:46

Sonxeber.net Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya zabitləri" ekspert şurasının üzvü Aleksandr Perenciyevin axar.az-a müsahibəsini təqdim edir:

- Ağ Ev Ukraynaya reaktiv yaylım atəş sistemləri daxil olmaqla, yeni silahlar göndərdiyini bəyan edib. Məlumatda deyilirdi ki, ukraynalıları maraqlandıran RYAS-ların zərbə məsafəsi həm də Rusiya ərazisindəki hədəfləri vurmağa imkan verir. Bu fakt müharibənin gedişinə necə təsir göstərə bilər?

- ABŞ tərəfindən rəsmi Kiyevə verilən hərbi texnika Rusiyanın yalnız Ukrayna ilə sərhədyanı bölgələri üçün deyil, həm də birbaşa Moskva şəhəri və bütövlükdə Rusiya Federasiyasının makroregionları üçün ciddi təhlükə yaradır.

Yəni bu tip sursatın verilməsi Rusiyaya qarşı artıq Ukrayna tərəfindən yox, məhz ABŞ tərəfindən birbaşa təcavüzün göstəricisidir. Məhz belədir və rəsmi Vaçinqtonun son hərəkətlərini bu cür qiymətləndirmək lazımdır. Baydenin bu hərbi yardımlarla ABŞ-ın sadəcə Ukraynaya kömək etmək istədiyi barədə bəyanatları, necə deyərlər, "avamların menyusu üçündür".

Mahiyyət etibarilə bu, rəsmi Kiyevin arxasında gizlənmək cəhdi, ABŞ və NATO-ya üzv digər ölkələr tərəfindən Rusiya əleyhinə heç nə ilə ört-basdır edilməyəcək təcavüzün nümayişidir. Buna görə də biz - Rusiya ABŞ-la birbaşa hərbi qarşıdurmaya daxil olmuşuq. Kreml rəsmiləri bu vəziyyətə hələlik yalnız işarə vururlar. Misal üçün, belə bir ismarışı RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev "Əl Cəzirə" telekanalına müsahibəsində verdi. O dedi ki, Rusiyaya zərbə endirmək qərarını verən mərkəzlər Ukrayna ərazisindən kənarda yerləşir.

- Ankara Ukrayna və Rusiya ətrafında cərəyan edən hadisələrə necə təsir göstərir?

- Hazırda Türkiyə NATO-nun faktiki yeganə üzvüdür ki, özünün xarici siyasət kursunda, hər şeydən öncə milli maraqlarını qorumaq məqsədilə çeviklik, dinamizm və praqmatizm nümayiş etdirir. Güman edə bilərəm ki, Rusiya və kollektiv Qərb arasında qarşıdurmanın artdığı indiki şəraitdə Ankara rəsmi Vaşinqtonun qlobal siyasi və iqtisadi liderliyini tam itirə bilmək riskini, NATO və Avropa Birliyi kmi strukturların dağılması perspektivini ciddi şəkildə nəzərdən keçirir.

Bu zaman Ərdoğanın komandasında, açıq şəkildə olmasa da, öz milli təhlükəsizliyini və maraqlarını qətiyyətlə müdafiə edən rəsmi Moskvaya və bütün rus xalqına rəğbətini ifadə edənlər də var. Yəni Rusiya bütün qüdrətli Qərbin qarşısına çıxmaqdan qorxmayan yeganə ölkədir və Türkiyə cəmiyyətində bu fakt hələlik aşkar çəkildə olmasa da, özünə hörmət qazandırıb. Rəsmi Ankara öz mövqeyi ilə Kiyevi dəstəkləməkdən tutmuş savaşda neytral qalmağa qədər, imkan daxilində sülhməramlı missiyasını yerinə yetirməyə çalışır. Onu da yada salaq ki, NATO-nun ABŞ, Fransa və Yunanıstan kimi üzləri, eləcə də Şimali Atlantika alyansına üzv olmağı arzulayan Finlandiya və İsveç kimi dövlətlər Türkiyənin maraqlarına tam açıq şəkildə laqeyd yanaşır, hərdən isə rəsmi Ankaraya, hətta Ərdğanın komandasına qarşı təcavüzkar hərəkətlərə belə yol verirlər.

- Qərb KİV-ləri xəbər verdi ki, Boris Conson "gizli plan" hazırlayıb və Zelenskiyə Ukrayna, Polşa, Estoniya, Latviya və Litvanın daxil olduğu yeni beynəlxalq alyans yaratmağı təklif edib. Consonun bəyanatı nəyə hesablanıb? Sizcə, belə bir perspektiv nə dərəcədə realdır?

- Rəsmi Londonun bələdçiliyi altında belə bir alyansın yaradılması həm siyasi, həm də iqtisadi sahədə bir sıra məqsəd güdür. Birinci siyasi məqsəd Baltikyanıda, Polşa və Ukraynada siyasi elitanı və bütün siyasi prosesləri nəzarət altına almaqdır. İlk növbədə rəsmi Varşavanın formalaşmaqda olan, Ukrayna və Baltikyanı ərazilərin Polşanın tərkibinə daxil edilməsini nəzərdə tutan iddialı layihəsi də var. Ola bilsin ki, Polşanın bi imperiya planı artıq rəsmi Vaşinqton tərəfindən dəstəkənib. Amma bir şərtlə: layihə həyata keçərsə, Polşa gələcəkdə birbaşa Britaniyanın nəzarətində qalacaq.

Rəsmi Londonun ikinci siyasi məqsədi Avropanın işlərində öz rolunu yüksəltməkdir. Avropa Birliyinin qərb və şərq hissələrinə parçalanması baş verəndə Böyük Britaniya artıq özünün liderliyi altında "Şərqi Avropa Birliyi"ni yaratmaq niyyətindədir. Avropa Birliyinin parçalanmasında rəsmi Londonun birbaşa maraqlı olduğu və "kölgə" hərəkətləri etdiyi də istisna olunmur.

Daha bir məqsəd isə hərbi-siyasi xarakter daşıyır. Bu məqsəd Baltikyanı, Polşa və Ukraynada çılpaq rusofobiyanı dəstəkləmək yolu ilə açıq antirus birliyini formalaşdırmaqdan ibarətdir. Bu halda sonuncu ukraynalıya qədər deyil, həm də axırıncı polyak və baltikyanılıya kimi vuruşmalı olacaqlar.

Müzakirə etdiyimiz alyans yaratmaqla Böyük Britaniyanın əsas iqtisadi məqsədi isə artmaqda olan iqtisadi böhran şəraitində Baltikyanı, Polşa və Ukraynanın iqtisadi resurslarını nəzarət altına almaqdır. Başqa sözlə desək, məqsəd - onları soymaq imkanını əldə etməkdir. Burada təzə heç nə yoxdur. Bunlar rəsmi Londonun dünya siyasətində tarixi nöqteyi-nəzərdən çoxdan məlum olan mexanizmləridir.


Etiketlər:  Türkiyədə Putinə rəğbət bəsləyənlər Perenciyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ