Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaksinlərin təsir etmədiyi yeni ştam meydana gələ bilər

Vaksinlərin təsir etmədiyi yeni ştam meydana gələ bilər

Tarix: 4 Iyun 2022 18:09

ÜST koronavirusun daha təhlükəli ştamının yarana biləcəyini istisna etmir
"Mövcud vaksinlərin gücsüz olduğu koronavirusun yeni, daha təhlükəli ştamının yaranma ehtimalı kifayət qədər realdır".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən "Globsek-2022" təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

"Vaksinlərin təsir etmədiyi yeni, daha virulent ştamın meydana gəlməsi təhlükəsi qalmaqdadır", - o deyib.

T.Gebreyesus vurğulayıb ki, ÜST bəzi regionlardakı tendensiyalardan narahatdır. Belə ki, hazırda Afrika, Qərbi Sakit Okean regionunda COVID-lə əlaqəli ölüm halları artmaqdadır. Amerika qitəsində isə həm yoluxma, həm də ölüm sayında artım var.

ÜST-ün Baş direktoru yeni virusun necə inkişaf edəcəyini deməyin çətin olduğunu söyləyib.

Milli.Az


Etiketlər:  Vaksinlərin təsir etmədiyi yeni ştam meydana gələ bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ