Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Murad Məmmədov: ''15 yaşıma qədər gəzə bilməmişəm, sadəcə iməkləmişəm''

Murad Məmmədov: ''15 yaşıma qədər gəzə bilməmişəm, sadəcə iməkləmişəm''

Tarix: 7 Oktyabr 2025 07:08

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı şəxsi inkişaf mütəxəssisi Murad Məmmədov olub.

O, öz həyatında yaşadığı çətinliklərdən söz açıb: "İnsan çətinlik çəkməsə, inkişaf edə bilməz. Çətinliklər bizi həm də daha dayanıqlı edir. 15 yaşıma qədər gəzə bilməmişəm, sadəcə iməkləmişəm. Sonra gəzmək istədim. Evdə məşq etdim, nəhayət, qoltuqağacı ilə gəzməyi bacardım. Bunu isə o vaxtlar sevdiyim qızla daha çox vaxt keçirmək üçün etdim".

Murad Məmmədov, həmçinin cəmiyyətdə əlil insanlara qarşı olan yanlış yanaşmalardan danışıb:

"Əlilliyi olan insanların şikayətləri daha çox daxili komplekslərindən qaynaqlanır. Amma insanların sənə yazıq kimi baxması həqiqi kimliyini dəyişmir. Cəmiyyətdə əlilliyi olan insanlara çox həssas yanaşmaq da bir problemdir. Bu onlara xoş deyil. Biganəliklə yaxşılıq arasında tarazlığı qorumaq lazımdır".


Etiketlər:  Murad Məmmədov yaşıma qədər gəzə bilməmişəm sadəcə iməkləmişəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ