Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 20:12
Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı açıqlanıb.
Bunu hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik bəyan edib.
"Cumhur İttifaqının prezident seçkilərindəki namizədi Rəcəb Tayyib Ərdoğandır", - deyə Çelik bildirib.
O, ölkə müxalifətinin öz məğlubiyyətlərinə indidən bəhanə uydurmağa çalışdığını da qeyd edib.