Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 23:15
"Rusiya-Ukrayna müharibəsi bitəndə diplomatik kanallarla çıxış yolu qurmaq üçün "Rusiyanı aşağılamamaq" lazımdır".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
"Rusiya-Ukrayna müharibəsinin gərginləşmə riski varmı" sualına cavab olaraq Makron, vəziyyətin çətin olduğunu, ona görə də 2021-ci ilin dekabrından bu yana Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların sayını hesablaya bilmədiyini qeyd edib.
Prezident Makron bəyan edib ki, bu danışıqlar şəffaf şəkildə və Ukrayna Prezidenti Vladimir Zelenskinin tələbi ilə baş tutub.
"Biz Rusiyanı aşağılamamalıyıq ki, müharibə bitən gün diplomatik kanallarla çıxış yolu quraq", - deyən Makron vasitəçi rolunu Fransanın üzərinə götürməli olduğuna inandığını bildirib.
"Mən hesab edirəm ki, Putin öz xalqı, özü, tarix üçün fundamental və tarixi səhv etdi və mən bunu ona dedim. Rusiya Prezidenti Putin özünü təcrid edir və onun bu vəziyyətdən çıxması çətindir", - Makron əlavə edib.