Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2022 23:52
ABŞ prezidenti Co Baydenin iyunun sonuna planlaşdırılan Yaxın Şərq səfəri iyul ayına təxirə salınıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Axios portalı ABŞ və İsrail rəsmilərinə istinadla məlumat yayıb.
Portalın məlumatına görə, bir gün əvvəl Ağ Evin nümayəndələri israilli həmkarlarına ABŞ prezidentinin səfərinin sıx iş qrafikinə görə gələn aya təxirə salınması barədə məlumat veriblər. Eyni zamanda ABŞ administrasiyası bu qərarın İsraildə baş verən hadisələrlə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Baydenin Yaxın Şərqə səfəri zamanı doqquz ərəb dövlətinin liderləri ilə sammitin keçiriləcəyi gözlənilirdi. Bundan əlavə, ABŞ prezidenti İsrail və Fələstinə səfər etməyi planlaşdırır.
Bir gün əvvəl Amerika lideri tezliklə Səudiyyə Ərəbistanına səfər edəcəyini etiraf etsə də, yekun planların hələ formalaşmadığını vurğulayıb.