Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsult simptomları və insult zamanı edəcəklərimiz

İnsult simptomları  və insult zamanı edəcəklərimiz

Tarix: 5 Iyun 2022 07:24

İnsult  - sinir toxumasına təsir edən və çox ciddi nəticələrə səbəb olan bir xəstəlikdir. Bu mövzuda təsvir etdiyimiz simptomların nə olduğunu bilmək çox vacibdir və insult başlanğıcında xəstəyə ilkin yardım göstərmək çox vacibdir.

Xəstəliyin simptomatikası

Faktorlardan asılı olaraq xəstəliyə səbəb olan amillər bir neçə növ ola bilər. Lakin hər növ  insult keçirtmə riskində beyin zədələnir. Beyinin hansı hissələrinə xəstəlik təsir edərsə, bu və ya digər nahiyyələrdə daha çox zərər görmüş olur. Bunları bir neçə qrupa bölmək olar:

Motor fəaliyyətinin pozulması - hissəvi və ya bütöv sinirlərin, üz nahiyyəsinin qismən və ya tam paralici və.s.
Disleksiya - zamanı şəxs həm özünün ifadə etdiyi sözləri, həm də digər insanlar tərəfindən ifadə olunan sözləri qarışıq sala bilir. O, müəyyən sözlər söyləyə bilmir və ya başqalarının dediklərinin mənasını anlaya bilmir.
Heç bir ağrıya bənzəməyən kəskin baş ağrısı da insult əlaməti ola bilər.
Assimetrik üz xüsusiyyətləri (xüsusilə də təbəssümün sanki əyilməsi) də insultu göstərə bilər.
Əgər şəxsin əhval ruhiyyəsinin dəyişməsinə, insult keçirtməsinə şübhə edirsinizsə, xəstəni sadə bir imtahan verməyini xahiş edin: danışın, təbəssüm edin və hər iki əlinizi eyni səviyyədə qaldırın kimi tapşırıqlar verin. Bu hərəkətlərin ən az birində şəxs çətinlik çəkirsə - tibbi yardım çağırmağınız mütləqdir.

Xəstəyə ilk yardım

İnsultun ən kiçik şübhəsində, mütəxəssislərdən kömək axtarmaq lazımdır. Təcili yardım çağırın, xəstənin bütün əlamətlərini təsvir etməyə çalışın. Bu zaman nevroloqun mümkün qədər tez kömək etməsi vacibdir.
Xəstəni uzadın, paltarını açın, sərbəst nəfəs aldığından əmin olun.
Xəstənin başını yan tərəfə qoymağınız tövsiyyə olunur: mümkün qusma halları baş verə bilər. Qusma halı baş verərsə - xəstənin ağzını təmizləməyinizə əmin olun.
İnsultun səbəbi qan təzyiqinin ani artımıdır. Yüksək təzyiq zamanı, dərman vasitəsləri və ya isti su kisəsinin köməyi ilə azaltmağa çalışın.
Həkimin gəlməsini gözləyin, ona baş vermiş bütün simptomları təsvir edin. Zərər çəkmiş şəxs sizin yaxınınız - tanışınız olmasa belə olsa, insult vəziyyətinə şahid olursunuzsa, xəstəni tək buraxmayın, bir insanın həyatını xilas etmək şansınız ola bilər!

Milli.Az


Etiketlər:  İnsult simptomları insult zamanı edəcəklərimiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ