Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2022 12:40
Sosial mediada İŞİD-ə dəstək nümayiş etdirən Qusar rayonunun sakini Abdullah Mustafayevin (ləqəbi Abdullah əl Qusari) üzr videosu yayılıb.
Sonxeber.net xəbər verir ki, sosial şəbəkəyə yerləşdirilən görüntülərdə o, işlətdiyi sözlərə görə üzr istəyib.
O, həmçinin deyib ki, video paylaşarkən anlaqlı vəziyyətdə olmayıb.
Məlumat üçün bildirək ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib ki, həmin şəxs polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Abdullah Mustafayev haqqında araşdırma başladılıb.