Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makronun çağırışı Ukraynanı hiddətləndirdi

Makronun çağırışı Ukraynanı hiddətləndirdi

Tarix: 5 Iyun 2022 19:54

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "prezident Vladimir Putinin tarixi səhvinə baxmayaraq, Rusiyanı alçaltmaq olmaz" ifadəsini işlədən Fransa prezidenti Emmanuel Makronu kəskin şəkildə tənqid edib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, o, bununla bağlı reaksiyasını "Twitter" sosial şəbəkəsindəki rəsmi hesabında ifadə edib.

D.Kuleba bildirib: "Rusiya zatən öz-özünü alçaldıb, müttəfiqlər isə onu yerində oturtmağa daha çox diqqət etməlidirlər".

Ukrayna xarici işlər nazirliyinin rəhbərinin fikrincə, bu cür çağırışlar yalnız Fransanın və eyni düşüncədə olan istənilən ölkənin özünü aşağılamaqdan başqa bir işə yaramır.


Etiketlər:  Makronun çağırışı Ukraynanı hiddətləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ