Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2022 21:45
Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana barışıqları ilə bağlı açıqlama verib.
Onlar bu barədə "MTV Maqazin"ə danışıb.
Canana hər zaman barışmaq istədiyini söyləyib:
"Böyük oğlum Tuncayla danışdım, dedi, inanmıram siz barışasız. Onun bu sözü mənə təsir etdi. Ondan sonra Mətanət xanımın evinə getdim, dedim, sizinlə barışmaq istəyirəm. Uşaqlar da çox sevindi. O çox gözəl insandı, sadəcə ətrafındakılar sağlam olmayıblar, onu düz yola gətirməyiblər. Ona demişəm ki, heç kimi dinləmə, özün öl. Bilmirəm, kimləri eşidir.
Deyir ki, kimsəni dinləmir. Dedim, heç kimə qulaq asmasanız, bu hadisələr olmazdı. Biz Kərimlə dost kimiyik, o, ailə qurub. Mənə nə lazımdır ? Onun xoşbəxtliyi. Əsas odur dost olaq, övladlarımızı böyüdək. Kərim elçi gedəndə məndən xeyir-dua aldı. Övladlarımla birgə yaşamaq üçün hər şeydən imtina etdim, mülkdən, torpaqdan və alimentdən. Ömür boyu heç bir iddia qaldırmayacağımı təsdiqlədim. Hazırda uşaqlar Mətanət xanımla qalır. Onlar ögey ana yanında olsa, qoymazdım, götürərdim. Mütləq həyat yoldaşı xanımını başa düşməlidir. Bizim Kərimlə fikirlərimiz fərqli idi. Mən daha avropa düşüncəli insan idim, o sakit və kənd həyatını sevirdi. İndiki xanımı tam istədiyi kimidir".
M. İsgəndərli isə bu barışığı nəvələri üçün etdiyini söyləyib:
"Çox danışmaq istəmirəm, hər şey yaxşıdır. Sülh adamıyam, kin-kudürət mənlik deyil, davanı sevmirəm. Nə ediriksə, uşaqlara görə etməliyik. Əgər ana oldunsa, övladlaırn üçün yaşamalısan. Mən həyatı belə başa düşürəm".