Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diabet xəstəliyinin ilkin 9 əlaməti

Diabet xəstəliyinin ilkin 9 əlaməti

Tarix: 5 Iyun 2022 22:15

II-ci tip diabet qanda şəkər səviyyəsinin "oynaması" azalıb çoxalması ilə xarakterizə olunur.

Əgər xəstəliyin erkən mərhələlərində tanınması və vaxtında müalicəsi təmin edilərsə, təhlükəli ağırlaşmaların inkişafına mane ola bilərsiniz.

Bu məqaləmizdə, II-ci tip diabetin 9 əsas ilkin simptomlarını qeyd edəcəyik:

1. Tez-tez sidiyə getmə,

Diabet xəstəliyi zamanı, böyrəklər artıq qlükoza ifrazatı üçün işə başlayır. Bu səbəbdən xəstə gün boyu  tez-tez, ən çox gecə vaxtı sidiyə çıxma və ya sidikqaçırtma hissini keçirməyə başlayır.

2. Su tələbatının artması,

Orqanizm şəkər səviyyəsini aşağı salmağa çalışdığı zaman tez-tez sidik ifrazatı, dehidrasiyaya səbəb ola bilər. Buna görə, diabetik xəstəliyin erkən əlamətlərindən biri susuzluğun yaranmasıdır.

3. Aclıq hissinin olması,

Diabet xəstəsi, həzm prosesi zamanı enerji istehlakı üçün vacib olan lazımi miqdarda qlükoza istehsal edə bilmir. Nəticədə, xəstə tez-tez və miqdarından asılı olmayaraq qida qəbul etməyə başlayır.

4. Yorğunluq,

Xəstəlik orqanizmdə enerji faizini aşağı saldığından bədəndə daimi yorğunçuluq hökm sürə bilər.

5. Görmənin zəifləməsi,

Qanda şəkərin artması ilə gözün qan damarları zədələnir. Vaxtında müalicəyə başlanılmasa görmə itiliyinin zəifləməsi baş verə bilər.

6. Yaraların uzun müddətə sağalması,

Diabet zamanı sinir və qan damarlarının zədələnmədi müşahidə olunur. Bu səbəbdən qan dövranı pisləşir. Hər hansı bir yaranın sağalması hətta bir neçə aya qədər uzana bilir.

7. Ətraf nahiyyələrdə keyimə,

Qan dövranının pozulması zamanı sinirlərin zədələnməsi baş verir ki, bu da ətraf nahiyyələrdə ağrılar və keyimə-giziltilər yaradır. Həkimlər bu vəziyyəti nevropatiya adlandırırlar. Lazımi müalicələr həyata keçməzsə xəstəlik ağır nəticənə bilər.

8. Bədəndə tünd nahiyyələrin yaranması,

Boyun hissədə, qol altı nahiyyələrdə tünd ləkələrin meydana gəlməsi 2-ci tip şəkərli diabetin yaranmasından xəbər verir.

9. Qaşınma və göbələk infeksiyaları,

Yüksək şəkər ağız boşluğu, qolaltı nahiyyələrdə, büzmələrdə, nəm qalan nahiyyələrdə göbələk infeksiyalarının yaranmasına zəmin yaradır.


Etiketlər:  Diabet xəstəliyinin ilkin əlaməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ