Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2022 20:40
"Sənətkardır, gözəl musiqlərin yazarıdır. Amma gözündə canlandırdığın sənətkarlar var ki, onları ondan gözləmirsən. Amma görəndə deyirsən ki, heyif".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Şourum" proqramında deyib. İfaçı Əməkdar artist Elza Seyidcahanın onun ünvanına dediklərinə cavab verib:
"Bir ara aramızda söz-söhbət oldu. Bir vaxtlar ondan mahnı götürmüşdüm. Üstündən bir az keçəndə dedi, ürəyimcə deyil. Sənətkar adam çağırmalıdır, deməlidir, üstündən illər keçib, gəl təzədən oxu. Onu qabarıq formada danışmaq ki, xoşuma gəlmir... Zamanında oxuyanda, ödəniş edəndə yaxşı idi? Ona cavab vermədim, belə tərbiyə görmüşəm ki, böyüyə hörmət etmək lazımdır".
Qeyd edək ki, Seyidcahan Gülayın ünvanına "Gülay mənsiz mahnını ifa edib və radioya verib. Xətrinə dəymədim. Orada deməlisən "əl çəksin kədər". Bu da deyir "əl çəssin kədər". "Çəssin" sözü var? Mən də maşında qulaq asanda, az qalsın beynimə qan sızsın. Bəstəkaram axı..." sözlərini söyləyib.