Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 07:16
"Oyuna pozitiv şəkildə başladıq. Ötən oyunda olduğu kimi, rəqib qapısına 15 zərbə vurduq. Təəssüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən. Oyunu bir nəfər azlıqda tamamlamağımızı nəzərə alsaq, nəticəni baxımından razı ola bilərik. Amma buraya qələbə qazanmaq üçün gəlmişdik".
Bu sözləri millimizin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqası çərçivəsində Serbiyanın Novi Sad səhərində keçirilən Belarusa qarşı oyundan (0:0) sonrakı mətbuat konfranasında deyib.
"Komandanın oyunundan çox razı qaldım. Hiss edirəm ki, günü-gündən irəliləyiş var. Artıq topla daha rahat oynayırıq, topu hara gəldi vurmuruq, qol imkanları yaradırıq. İlk hissədə 3-4 qol imkanımız oldu, istifadə edə bilmədik. Son vuruşlarda çatışmazlıqlar var. Komanda kimi inkişaf edirik" -deyə o bildirib.
Byazi 3-cü turda evdə qarşılaşacaqları Slovakiya ilə matç haqda da danışıb: " Bizi qrupun ən güclü komandasına qarşı ağır oyun gözləyir. Əminəm ki, meydana kim çıxacaqsa, yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparacaq".