Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 07:46
"SpaceX" şirkətinin Cargo Dragon yük kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilməsi mühərrik sistemində olan problemlərə görə təxirə salınıb.
Bu barədə NASA məlumat yayıb.
"NASA və SpaceX, Falcon 9 raketindən istifadə edərək Beynəlxalq Kosmik Stansiyaya CRS-25 yük daşıma missiyasının buraxılışını təxirə salır", - NASA-nın açıqlamasında deyilir.
Bildirilir ki, Dragon kosmik gəmisinin çənlərinə yanacaq doldurarkən mütəxəssislər "Draco" mühərriklərində izolə olunmuş hissədə monometilhidrazin buxarının artan konsentrasiyasını aşkar ediblər.
Bunun səbəbi aşkarlanan kimi, müvafiq buraxılış vaxtı təyin olunacaq.