Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mixael Şumaxerdən illər sonra sevindirici xəbər

Mixael Şumaxerdən illər sonra sevindirici xəbər

Tarix: 15 Oktyabr 2025 09:06

"Formula-1" tarixinin ən titullu pilotlarından olan Mixael Şumaxerin səhhəti ilə bağlı illər sonra ilk dəfə ümidverici məlumat yayılıb.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına əsasən, yeddiqat dünya çempionu xeyriyyə məqsədilə təşkil edilən hərrac üçün dəbilqəsini şəxsən imzalayıb. Bu hadisə, 2013-cü ildə baş verən ağır qəzasından sonra onun səhhətində qeydə alınan ən diqqətəlayiq irəliləyiş kimi dəyərləndirilir.

Fransanın "L'Equipe" qəzetinin jurnalisti Stefan L'Ermitt mövzu ilə bağlı bildirib:

> "Onun imzanı atarkən əlini həyat yoldaşı tutub, ya yox - bu barədə dəqiq məlumat yoxdur. Amma bu, illər sonra aldığımız ilk müsbət siqnaldır. Hələlik onun yeriyə və ya danışa bildiyinə dair məlumat yoxdur".

Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında dağ xizəyi sürərkən başından ağır zədə alaraq komaya düşmüşdü. O vaxtdan bəri onun səhhəti barədə ictimaiyyətə çox məhdud məlumat verilir.

Sonuncu dəfə 2023-cü ilin dekabrında ailəsi pilotun nə danışa, nə də müstəqil şəkildə hərəkət edə bilmədiyini açıqlamışdı.

Yeni yayılan məlumatlar isə əfsanəvi idmançının uzun illər davam edən müalicə prosesində kiçik, amma ümidverici irəliləyişin baş verdiyini göstərir.

Hüseyn


Etiketlər:  Mixael Şumaxerdən illər sonra sevindirici xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ