Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 10:40
"Bir il ərzində minlərlə belə mesajlar və şərhlər almışam. Anladığım qədəri ilə əsl sevginin nə olduğunu anlamayanlar çoxdur. Bizim sevgimizdə ən vacib olanlardan qadına və ailəyə hörmət, sevgi var. Anlayış və bir-birimizin daxili aləminin uyğun gəlməsi var".
Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, bu sözləri dünya şöhrət Hollivud aktyoru Van Dammın oğlu Kristoferlə evlənən pianoçu Suada Hacızadə yazıb.
O, sosial şəbəkə hesabında izləyicisindən gələn, "Ərə getməyə adam tapmırdın?" sualına belə münasibət bildirib.
"Burada ad heç bir rol oynamır. Ərə getdiyim adamı da mən tapmamışam. Allah qovuşdurub. Biz ruh yoldaşlayırıq. Sizdən xahiş edirəm ki, internetdə nələrsə yazanda, insanların da duyğuları olduğunu unutmayın. Allah hər kəsə bir alın yazısı yazıb.
Başqalarına nə qədər xoş olarsınızsa, bir o qədər də xoş sizə qayıdacaq. Allah təki mənimlə ərim arasında olan sevgi və anlayış dolu münasibəti bizim subay qızlara nəsib etsin. Daxili aləminin, düşüncələrinin sərhədlərini genişləndirməyə şans açaraq, əsl sevginin nə olduğunu və sevgini milliyətə və dinə qarışdırmağa imkan yaratsın. Əsas insanın ruhudur. O təmizdirsə, həyatı da ruhu kimi gözəl olur və gözəl insanları da özünə çəkir".
S.Hacızadə sonda, "Belə düşüncələrin dəyişməyi ümüdi ilə..." yazaraq, fikirlərini tamamlayıb. Xatırladaq ki, ötən axşam Suada Hacızadə paytaxt restoranların birində özünə xına məclisi keçirib.
Van Dammın gəlini həyat yoldaşı Kristoferlə canlı videobağlantı yaradaraq, onunla söhbətləşib. Həmin anları isə sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.