Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 16:16
Məşhur italiyalı mütəxəssis Roberto Mançini yenidən Türkiyəyə qayıda bilər.
Sonxeber.net Offsideplus.az-a istinadla xəbər verir ki, 57 yaşlı mütəxəssis yenidən "Qalatasaray"ın "sükanı arxasına" keçməyə yaxındır.
İstanbul təmsilçisinin rəhbərliyi təcrübəli çalışdırıcını yenidən komandada görmək istəyir. Məlumata görə, Mançini ilə ilkin danışıq da olub.
Onun yenidən Türkiyədə işləmək istəyinin də olduğu qeyd olunur.
Qeyd edək ki, Mançini 2013/2014 mövsümündə "cim-bom"u çalışdırıb.