Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 17:25
Ana olmağa hazırlaşan türkiyəli aktrisa Demet Evqar bu dəfə maraqlı açıqlamaları ilə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa övladını suda dünyaya gətirmək istədiyini deyib:
"Qızım üçün bədənimdə sağlam yer yaratmaq üçün gecə saat 3-də oyanıb yoqa edirəm. Onu suda dünyaya gətirmək istəyirəm. İnşallah qismət olar".
Demet qızı Mavinin gəələcəkdə kənddə tədris alacağını əlavə edib:
"Evimizdə televizor olmayacaq. Yəqin ki, Mavini kənd məktəbinə yazdıracağam. Çünki böyük şəhərlərdə, özəl məktəblərdə oxuyan uşaqlar planşetdən başlarını qaldırıb "Salam" deməyi bilmirlər".
Qeyd edək ki, aktrisa bir müddət əvvəl həyat yoldaşı Levent Babataşla ailə həyatı qurub.