Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 21:15
"Avropada müsəlmanlara qarşı baş verən ayrı-seçkilik hallarına son qoyulmalıdır".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu fikirləri Avropa Şurası baş katibinin antisemitizm, müsəlmanlara və digər dinlərə qarşı ayrı-seçkilik və nifrət cinayətləri məsələləri üzrə xüsusi nümayəndəsi Daniel Höltgen bildirib.
O müsəlmanlara qarşı baş verən ayrı-seçkilik hallarının artmaqda olan qlobal problemlərdən birinə çevrildiyinə təəssüfünü qeyd edib:
"Azlıqların müdafiəsi, onların hüquqlarının qorunması Avropa Şurasının prioritet məsələlərindəndir. Müsəlmanlar sülhpərvərdir. Müsəlmanlara qarşı deyil, onlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmək lazımdır", - xüsusi nümayəndə deyib.
Avropa Şurasının rəsmisi bu məsələdə bütün təşkilat və institutların birgə fəaliyyətinin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.