Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 22:50
Bu gün günün ikinci yarısında Gürcüstanda yağan leysan yağışları və dolu bölgələrlə yanaşı, paytaxt Tbilisinin rayonlarında da ciddi problemlər yaradıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Tbilisi yaxınlığındakı Mtsxeta bələdiyyəsinin Saquramo kəndində ağaclar aşıb, evlərin birinci mərtəbəsi və zirzəmilərə su dolub, yollar dağılıb.
Bir saata yaxın davam edən güclü yağış nəticəsində yaranan sel xeyli dağıntılara səbəb olub. Evlərə, avtomobillərə və təsərrüfatlara ciddi ziyan dəyib. Kəndlə əlaqə, demək olar ki, kəsilib.
Təbii fəlakət bölgələrdə də ciddi problem yaradıb. Hazırda təbii fəlakətin ziyan vurduğu ərazilərdəki vəziyyət öyrənilir.