Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 22:54
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronun Rusiyanı "alçaltmamaq" çağırışına reaksiya verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zelenski açıqlamasında Makronun bu çağırışına qarşı çıxıb.
Ukrayna Prezidenti açıqlamasında Makronun Rusiyanın 2014-cü ildən bəri Donbasdakı münaqişələrə son qoya bilməyən Minsk prosesi çərçivəsində əvvəlki sülh razılaşmalarına əməl etmədiyini çox yaxşı bildiyini qeyd edib:
"Mən həqiqətən anlamıram. Rusiyanın alçaldılması? 8 ildir bizi öldürürlər. Biz burada nə danışırıq?".
Sülh danışıqlarına açıq olduğuna diqqət çəkən Zelenski, "Hər müharibə danışıqlar masası arxasında bitməlidir. Bununla belə, sülh danışıqları Vladimir Putinlə üz-üzə aparılmalıdır" deyib.
Zelenski bəzi Qərb müttəfiqlərinin Kiyevin iştirakı olmadan atəşkəs şərtləri yaratmaq cəhdlərini tənqid edib:
"Ukraynanın suverenliyi üçün Qərbin dəstəyinə və Qərbin daimi diqqətinə ehtiyacımız var. Ukrayna olmadan heç vaxt danışıqlar aparıla bilməz. Bu ölkənin mövqeyini dinləmədən Ukrayna ərazisində atəşkəsə necə nail ola bilərik? Bu çox təəccüblüdür".