Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 23:30
Rusiya hökuməti Birləşmiş Millətlər Təşkilatının büdcəsinə 1,5 milyon dollar ayırmaq qərarına gəlib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, 2022-2025-ci illər arasında BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentində işləmək üçün Rusiya nümayəndəsinin göndərilməsini təmin etmək üçün ediləcək.
Sənəddə deyilir ki, bu idarənin büdcəsinə aşağıdakı töhfələr veriləcək: 2022-ci ildə - 400 min ABŞ dolları məbləğində, 2023-cü ildə - 374 min dollar məbləğində, 2024-cü ildə - 390 min dollar məbləğində və 2025-ci ildə - 408 min dollar məbləğində.