Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2022 09:34
"Türkiyədə keçirilən "Efes-2022" təlimləri Yunanıstanda böyük narahatlıq yaradıb".
Sonxeber.net Qazet.az-a istinadən xəbər verir ki, bunu Türkiyə ordusunun keçmiş pilotu, general-leytenant Ərdoğan Karakuş "CNN türk"ə açıqlamasında belə deyib.
O bildirib ki, təlimlərdə Azərbaycan, Pakistan, Qazaxıstan, Banqladeş, İtaliya, Liviya və digər dövlətlər iştirak edib. Keçmiş hərbçinin sözlərinə görə, Yunanıstan mediası Azərbaycanın təlimlərdə iştirak etməsini "Qarabağı alan Azərbaycan xüsusi təyinatlıları Yunanıstanı işğal etmək üçün gəldi", "Türklər adaları işğal edəcək" kimi əsassız fikirlərlə oxucularına çatdırıb. Karakuş bildirib ki, Yunanıstan beynəlxalq səviyyədə tanınmış müqavilələri pozaraq özü adaları işğal edib.