Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhriyar mövqeyini qorudu - yeni reytinq

Şəhriyar mövqeyini qorudu - yeni reytinq

Tarix: 1 May 2019 10:48

Beynəlxalq Şahmat Federasiyası (FİDE) may ayı üçün reytinq siyahısını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, aprel ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. O, 2781 xalla 5-cidir.

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 12-ci (2759), Arkadi Naydiç 58-ci (2682), Qədir Hüseynov (2664) isə 97-ci pillədə yer alıb.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2436) 40-cı, Xanım Balacayeva isə 92-ci (2373) pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2861) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2816) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür.

 


Etiketlər:  Şəhriyar mövqeyini qorudu yeni reytinq


RƏYLƏR