Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trans idmançı Baş Naziri tənqid etdi

Trans idmançı Baş Naziri tənqid etdi

Tarix: 8 Iyun 2022 20:32

Qızıl medal qazanan transseksual velosipedçi Emili Brices, Boris Consonun "bioloji kişilər qadın idmanında yarışmamalıdır" deməsindən sonra Baş Naziri tənqid edib.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Boris Consonun açıqlaması idman dünyasından kənarda da partlayıcı bir müzakirəyə səbəb olub. O, bioloji kişilərin qadınların idman yarışlarında yarışmasına icazə verilməməli olduğunu bəyan edərək yeni bir kateqoriya yaradılmalı olduğunu qeyd edib. O, həmçinin valideynlərin uşaqların cinsiyyətlərini dəyişdirmək üçün qəbul etdikləri qərarda iştirak etməli olduğunu söyləyib: "Mənim bu məsələ ilə bağlı düşüncələrim bu qədərdir. Bu o demək deyil ki, mən cinsiyyətini dəyişmək istəyən insanlara rəğbət bəsləmirəm. İnsanlara bu qərarların qəbulunda maksimum sevgi və dəstəyi verməyimiz çox vacibdir. Ancaq bunlar mürəkkəb məsələlərdir və məncə, onları sürətli, asan bir qanun layihəsi ilə həll etmək olmaz. Bunu düzəltmək üçün çox düşünmək lazımdır".

İdmançı isə Baş Nazirin bu açıqlamalarından sonra bir çox fiziki və mənəvi şiddətə, hədə-qorxulara məruz qaldığını bildirib və artıq ictimai yerlərdə olmaqdan qorxduğunu dilə gətirib.

Qeyd edək ki, 21 yaşlı Uelsli idmançı mart ayında Britaniya Milli Omnium Çempionatında Olimpiya çempionu Dame Laura Kenni ilə yarışmasına qadağa qoyulmuşdu.


Etiketlər:  Trans idmançı Baş Naziri tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ