Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2022 23:58
Rəsmi Tehran Ukrayna münaqişəsinin diplomatik yolla həlli üçün öz imkanlarından istifadə etməyə hazırdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu çərşənbə günü İran prezidenti İbrahim Rəisi Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı deyib.
"İran hərbi qarşıdurmanın diplomatiya yolu ilə həllini tapmağa kömək etmək üçün öz imkanlarından istifadə etməyə hazırdır", - deyə İran prezidentinin mətbuat xidmətindən bildirilib.
İbrahim Rəisi Ukraynadakı toqquşmaların tezliklə bitməsinə ümid edib.