Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanadadan Rusiyaya yeni sanksiyalar

Kanadadan Rusiyaya yeni sanksiyalar

Tarix: 9 Iyun 2022 08:12

Kanada Rusiyanın neft, qaz və kimya sənayesinin fəaliyyəti üçün zəruri olan mühasibat uçotu, reklam kimi 28 xidmətin Rusiyaya ixracını qadağan edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli açıqlayıb.

O, Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunduğunu bildirib.

Sözügedən sanksiyalar çərçivəsində Rusiyanın neft, qaz və kimya sənayelərinin əməliyyatları üçün mühasibat uçotu və reklam kimi tələb olunan 28 xidmətin Rusiyaya ixracı qadağan edilib.

Nazir açıqlamasında hədəf sektorların Rusiyanın büdcə gəlirlərinin yüzdə 50-nə uyğun olduğunu qeyd edib.


Etiketlər:  Kanadadan Rusiyaya yeni sanksiyalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ