Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 12:08
"Mançester Yunayted"in rəhbərliyi "Barselona"nın mərkəz yarımmüdafiəçisi Frenk de Yonqu transfer etməkdə maraqlıdır.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, İngiltərə klubu futbolçu üçün 80 milyon avro təklif etməyə hazırdır.
Xatırladaq ki, de Yonq 2019-cu ilin iyulundan "Barselona"da çıxış edir. Ümumilikdə o, komandanın heyətində 139 oyuna çıxıb, 13 qol vurub və 17 məhsuldar ötürmə verib. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Əlavə edirik ki, əvvəllər de Yonqla "Ayaks"da çalışmış Erik ten Haq "Mançester Yunayted"in yeni baş məşqçisi olub.