Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kliçko həlak olan müdafiəçilər üçün Kiyevdə hərbi qəbiristanlıq yaratmaq istəyir

Kliçko həlak olan müdafiəçilər üçün Kiyevdə hərbi qəbiristanlıq yaratmaq istəyir

Tarix: 9 Iyun 2022 16:58

Şəhər şurası hökumətdən Ukrayna müdafiəçilərinin fəxri dəfnləri üçün paytaxtda hərbi qəbiristanlıq yaratmağı xahiş edəcək.

Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Kiyev administrasiyasının saytında yerləşdirilən Kiyev merinin iyunun 9-da Şəhər Şurasının iclasındakı səsləndirdiyi bəyanatında deyilir.

"Ukrayna bu gün böyük faciə yaşayır və böyük sınaqlardan keçir - əsgərlərimiz, vətənpərvərlərimiz, Ukrayna xalqının qəhrəmanları dövlətimizin azadlığı və müstəqilliyi uğrunda canlarını verirlər. Bizim borcumuz isə onların şücaətini və qəhrəmanlığını, qəhrəmanların xatirəsini şərəfləndirməkdir.

Buna görə də, biz təklif edirik və Şəhər Şurası, mən əminəm ki, Ukrayna müdafiəçilərinin fəxri dəfni üçün paytaxtda hərbi qəbiristanlığın yaradılması ilə bağlı hökumətə müraciət edəcək", - Kiyev meri Vitali Kliçko deyib.

Şəhər hakimiyyəti Babi Yar traktının yaxınlığında belə bir qəbiristanlığı təchiz etməyi təklif edir.

Kliçkonun sözlərinə görə, Kiyev hərbi qəbiristanlığın təşkili ilə bağlı bütün xərcləri öz üzərinə götürməyə hazırdır.

"Ancaq sənədli dəstək məsələlərində də milli səviyyədə dəstək lazımdır, bəlkə də bu məsələ ilə bağlı ayrıca qanunun qəbulu da lazımdır. Əminəm ki, Kiyev bu layihəni dövlətlə birlikdə həyata keçirməlidir", - Kliçko yekunlaşdırıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Kliçko həlak olan müdafiəçilər üçün Kiyevdə hərbi qəbiristanlıq yaratmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ