Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 21:32
"Ferrero" şirkətinin Belçikada istehsalı etdiyi "Kinder" şokoladlarında aşkar edilmiş salmonellaya görə Parisdə təhqiqat başlayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Paris prokurorluğunun açdığı cinayət işində istehsalçı başqasının həyatını təhlükədə qoymaqda və müştəriləri aldatmaqda ittiham edilir.
Qeyd edək ki, apreldə "Ferrero" şirkəti Belçikada isrtehsal etdiyi şokoladlarda Salmonella bakteriyası aşkar edildiyi üçün satışı dayandırıb. Avropa Xəstəliklərlə Mübarizə Mərkəzinin məlumatına görə, artıq İttifaqda 324 nəfərdə salmonella aşkar edilib.