Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəbizlikdən əziyyət çəkənlər - Bu qidalardan uzaq durun

Qəbizlikdən əziyyət çəkənlər - Bu qidalardan uzaq durun

Tarix: 9 Iyun 2022 22:36

Həkimlərin müşahidələrinə görə, qəbizlik bir çox hallarda düzgün
olmayan qidalanma nəticəsində inkişaf edir. Bu halda qidalanmada müəyyən
dəyişikliklər etməklə insan qəbizlikdən xilas ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qəbizlikdən əziyyət çəkən insanlar müəyyən pəhriz saxlamalı, bəzi qidaları qəbul etməməlidir.

Qəbizlikdən əziyyət çəkirsinizsə, bu qidalardan imtina edin:

- ət və balıq konservləri

- hisə verilmiş qidalar (ət, balıq, kolbasa)

- ağ çörək, ağ undan hazırlanmış un məmulatları (bulka, piroq və s.), yağlı kremlə tort, pirojna, peçenye

- zülallarla zəngin olan qidalar. Bu qidaları qidalanmadan tam
çıxartmaq olmaz. Lakin insan qəbizlikdən əziyyət çəkirsə, bu qidaları
azaltmaq lazımdır

- büzücü təsirə malik olan bəzi meyvələr (nar, heyva, zoğal, armud, xurma)

- bəzi tərəvəzlər (göbələk, turp, sarımsaq)

- çox yağlı ət, balıq, yağlı bulyonlar, qoyun piyi

- alma və üzüm şirələri

- makaron məmulatları

- süd. Lakin süd məhsulları (kefir, kəsmik, asidofilin və s.) qəbizlik zamanı əksinə faydalıdır

- tünd qəhvə və tünd çay

- manna yarması, aş düyüsü

- paxlalılar (lobya, noxud, mərci)

- şokolad

- mayonez, ketçup

- bərk bişirilmiş yumurta

Milli.Az


Etiketlər:  Qəbizlikdən əziyyət çəkənlər Bu qidalardan uzaq durun


RƏYLƏR