Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2022 12:02
Rusiya-Ukrayna müharibəsinin gedişində Ukraynanın nə zaman hücuma keçəcəyi ilə bağlı sual hər gün müzakirə olunur.
Sonxeber.net xəbər verir ki, Müsavatın "Canlı debat" verilişinə qonaq olan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev də bu mövzuya toxunub və bildirib ki, Ukraynanın yeni həmlələri tezliklə başlanacaq: "Bu prosesin qurtarma mərhələsi avqust ayında olacaq deyə düşünürəm. Bütün gecikmələri də nəzərə alaraq, Ukrayna əks hücuma keçəcək. İndi isə Severodonetsk çoxlarını narahat edir. Bu, siyasi strategiya səviyyəsinə qaldırıldı. Orada müharibə şiddətlə gedir. 3 gün bundan əvvəl Severodonetskin 90 faizi rusların nəzarətində idisə, indi vəziyyət 40-ın 60-a nisbətində Ukraynanın xeyrinədir. Bu gün Rusiya ilə Ukrayna artileriyaları bir-birindən eyni məsafədə dayanmaq məcburiyyətindədilər. Çünki eyni uzunluqda dərinliyə atəş açmaq imkanına malikdilər və heç biri üstünlük əldə edə bilmirlər. Bu üstünüyü kim əldə edəcəksə, həmin tərəf də Severodonetskdə üstünlüyü qazanacaq. Rusiyanın bütün üstünlüyü əldə etmək imkanları varmı? Yoxdur. Ukraynanın isə bu üstünlüyü əldə etmək imkanları var və artıq realdır".