Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbsdəki oğluna narkotik gətirən qadın tutuldu

Həbsdəki oğluna narkotik gətirən qadın tutuldu

Tarix: 10 Iyun 2022 17:32

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Milli.Az Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1; 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ramil Nazim oğlu Bayramovla qısamüddətli görüşə gəlmiş anasının sovqatına baxış keçirilib. Bu zaman Bakı şəhər sakini Cəmilə Məlik qızı Bayramovanın gətirdiyi cins şalvarın tikiş hissəsinin arasında xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,692 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,195 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Həbsdəki oğluna narkotik gətirən qadın tutuldu


RƏYLƏR