Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusun ana bətnində olan uşaqların beyninə təsiri öyrənilib

Koronavirusun ana bətnində olan uşaqların beyninə təsiri öyrənilib

Tarix: 11 Iyun 2022 15:18

Anaları hamiləlik zamanı COVID-19 keçirən uşaqlar digərlərinə nisbətdə qucaqda daha az dincəlir, həmçinin baş və ətrafların hərəkətlərinə nəzarət etməkdə daha çox çətinlik çəkir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı ispaniyalı alimlər 30-cu Avropa Psixiatriya Konqresində danışıblar.

Onların sözlərinə görə, araşdırma üçün təxminən altı həftəlik olan 21 körpə müayinə və müşahidə edilib.

Həkimlər onu da vurğulayıblar ki, bu hal anası COVID-19 keçirən bütün uşaqlarda görünməyib, ancaq hamilənin yoluxması patologiyaların riskini artırır.

Gələcəkdə mütəxəssislər bu fenomeni daha ətraflı öyrənmək istəyirlər.

Anormallıqları müəyyən edən uşaqların dörd yaşına çatana qədər müşahidə edilməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Koronavirusun ana bətnində olan uşaqların beyninə təsiri öyrənilib


RƏYLƏR