Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"la oyunda məğlubiyyət gözləyirəm" - alman futbolçu

Tarix: 19 Sentyabr 2019 11:24

"Avropa Liqasında oynamaq hər bir futbolçunun xəyalıdır. Almaniyada bu turnirdə iştirak etmək istəyirsənsə, Bundesliqanın ən yaxşı 5 və ya 6 klubu arasında olmalısan. Buna görə Lüksemburqa getməklə doğru addım atdım".

Qol.az-ın məlumatına görə, bu sözləri "Düdelanj"ın futbolçusu Dominik Stolz "Kicker"ə açıqlamasında deyib.

Avropa Liqasının A qrupunda "Sevilya", APOEL və "Qarabağ"la  eyni qrupda yer alan komandanın alman yarımmüdafiəçisi daha sonra bildirib:

"Bir gün "Sevilya"ya qarşı çıxış edəcəyimi təsəvvür etməzdim. Amma indi bu, gerçək oldu. Futbol gülməli hekayələr yazır. Bu dəfəki rəqibimiz "Betis" yox, "Sevilya"dır.  Bu qrupdan çıxacağımızı düşünən insanlar var. Məncə, bu, bir az çoxdur. Azərbaycanlılar və kiprlilərlə duellərdə 0:2 hesablı məğlubiyyət gözləyirəm. Mən "Ayntraxt", "Mançester Yunayted" və "Espanyol"la bir qrupa düşməyi istəyərdim".

 


Etiketlər:  Qarabağla oyunda məğlubiyyət gözləyirəm alman futbolçu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ