Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 22:33
Bir çox insanların fikrinə görə, arıqlamaq üçün ac qalmaq lazımdır. Lakin bu belə deyil.
Aclıq zamanı orqanizmdə müdafiə mexanizmi işə salınır ki, nəticədə mübadilə proseləri ləngiməyə başlayır, pəhrizdən çıxandan sonra orqanizm "ehtiyat" yığmağa çalışır və insan daha da kökəlir.
Diyetoloqların fikrinə görə, arıqlamaq istəyən insan qidadan imtina etməməlidir, sadəcə qidalanmada müəyyən qaydalara əməl etməlidir:
- daha az-az və daha tez-tez yeyin,
- daha az kalorili qidalara üstünlük verin,
- yağları, şirniyyatları minimuma azaldın, gec həzm olunan zülalları və mürəkkəb karbohidratları artırın,
- ac qalmayın,
- qidalanmadan "boş" kaloriləri (şirin qazlı içkilər, müxtəlif şirniyyatlar, çipsi və s.) çıxardın.
Düzgün səhər yeməyi arıqlamaq istəyən insan üçün çox vacibdir. Səhər yeməyindən imtina etməyin, əksinə onu daha tamdəyərli edin. Bu sizə gün ərzində özünü daha gümrah hiss etməyə və daha az yeməyə kömək edəcək.
Arıqlamaq istəyən insan səhər yeməyi zamanı mütləq mürəkkəb karbohidratları yeməlidir. Bu müxtəlif sıyıqlar (qarabaşaq, düyü, yulaf yarması, arpa və s.), təbii müsli ola bilər. Bu qidalar gec həzm olunur, insan özünü daha uzun müddət ərzində tox hiss edir və nahar zamanı daha az yeyir.
Bundan əlavə qidalanmanızda mütləq zülallar olmalıdır - yumurta və ya bişmiş ət, toyuq. Bu qidalar da daha uzun müddət ərzində özünü tox hiss etməyə imkan verir.
1-2 tikə pendir, keyfiyyətli kərə yağı ilə buterbrod da çox yaxşı seçimdir. Pəhriz zamanı yağlardan tam imtina etmək olmaz.
Səhər yeməyinizə meyvə və tərəvəzləri də daxil edin. Əksər meyvə və tərəvəzlərdə kalorilər az, qidalı liflər isə çox olur. Qidalı liflər bağırsaqların normal fəaliyyətinə və arıqlamağa kömək edir.
Səhər yeməyində 1 fincan yaxşı qəhvə və ya təzə dəmlənmiş çay için. Bu içkilər insanı gümrah edir, iş qabiliyyətini artırır.