Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2022 20:38
Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərdə fəallıq 39,42 faiz təşkil edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Seçicilərin sayı ən aşağı seçici fəallığı ilə yadda qalan 2017-ci ilə nisbətən azdır. Seçki komissiyaları seçicilərin 40,75 faizinin səsini qeydə alıb.
Fransada seçkilərin etibarlı olması üçün minimum iştirak tələbi yoxdur. Müşahidəçilər son 30 ildə ölkə sakinlərinin sistemli şəkildə parlament seçkilərinə marağını itirdiyini qeyd edirlər.