Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2022 14:52
İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Aerokosmik Qoşunlarının iki zabiti Əli Kamani və Məhəmməd Abdus müəmmalı şəkildə ölüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə qvardiyaya yaxın mənbələr bildirib.
İnqilab Keçikçiləri Qvardiyasının Mərkəz əyalətindəki qoşunlarının ictimaiyyətlə əlaqələr bölməsinin açıqlmasına əsasən Əli Kamani İranın Xomeyni şəhərində avtomobil qəzasında həyatını itirib. Açıqlamada o, şəhid adlandırılıb.
"Fars" xəbər agentliyi isə bildirib ki, Məhəmməd Abdus İranın Semnan əyalətində xidməti vəzifəsini icra edən zaman ölüb. O, da şəhid kimi təqdim olunub.
Lakin SEPAH zabitlərinin ölümünün təfərrüatı açıqlanmayıb.
Xatırladaq ki, son bir neçə ay ərzində İranın müxtəlif şəhərlərində SEPAH-ın bir neçə zabitinin müxtəlif səbəblərdən öldüyünə dair məlumatlar yayılıb. Hakimiyyət təmsilçiləri bir çox hallarda bu hadisələri İsrail kəşfiyyatı ("Mossad") ilə bağlayırlar.
Qeyd edək ki, son 20 gündə nüvə alimi Əyyub İntizari və İnqilab Keşikçiləri Qvardiyası "Qüds" qolunun zabitlərindən Əli İsmayılzadənin də öldüyünə dair məlumat yayılmışdı.
SEPAH-ın Hərbi Hava Qüvvələri raket və kosmik missiyaların icrasına da məsuliyyət daşıyır. Onun komandanı Əmir Əli Hacızadədir.