Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün COVID-19-a yoluxan olmayıb

Bu gün COVID-19-a yoluxan olmayıb

Tarix: 13 Iyun 2022 16:40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 094 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 75 nəfərdir.

Ölkədə son sutka ərzində 1 150, hazırkı dövrədək isə 6 924 498 test aparılıb.

Milli.Az


Etiketlər:  Bu gün COVID 19 a yoluxan olmayıb


RƏYLƏR