Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2022 18:05
Bir müddət əvvəl qalmaqal yaşayan müğənni Xatirə İslam və aparıcı Afaq Gəncəli barışıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, Xatirə Afqın aparıcısı olduğu "Şourum" proqramına müsahibə verib.
O deyib ki, Gəncəlini çox istəyir: "Mən Afaqı çox istəyirəm. Sentyabrda da verilişində qonaq olacam".
Qeyd edək ki, iki məşhurun qalmaqalına səbəb X. İslamın verilişlərdən qonorar tələb etməsi olmuşdu. Afaq bu istəyi tənqid etmiş, Xatirə toylardan qazanır, efirə çıxmağa görə pul istəməsi yersizdir" açıqlamasını vermişdi. Xatirə isə Afaqa sərt cavab vermiş, "Sən özün toylara 4000 manata gedirsən. O, zaman ATV-də veriliş apararkən maaş və qonorar almırsan?", - deyə bildirmişdi.