Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Minsk Kiyev və Moskva arasında vasitəçi ola bilməz''

''Minsk Kiyev və Moskva arasında vasitəçi ola bilməz''

Tarix: 13 Iyun 2022 18:52

Rusiya qoşunlarının Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsindən sonra rəsmi Minsk Ukrayna ilə Rusiya Federasiyası arasında vasitəçi ola bilməz. Beynəlxalq hüquqda müharibə cinayətləri üçün məhdudiyyət müddəti yoxdur.

Milli.Az bildirir ki, bunu müsahibəsində Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

"Belarusun davranışı hüquqi düsturlarla suveren dövlətin zəbtinə töhfə verən peyk ölkə kimi təsvir olunacaq. Həm ərazi, həm infrastruktur, həm də kəşfiyyat məlumatları", - Podolyak deyib.

Podolyakın sözlərinə görə, Belarusun "müəyyən hərbi cinayətlərdə şəriklik faktları" hüquqi cəhətdən sübuta yetiriləcək. "Kiyev vilayətində baş verənlərin hamısını Belarus ərazisindən daxil olan Rusiya hərbi birləşmələri edib. Mən Belarus rəsmilərinin bu barədə düşünməyə başlamasını istəyirəm", - Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri vurğulayıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Minsk Kiyev Moskva arasında vasitəçi bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ