Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yunan sərhədçiləri əfqan miqrantı güllələyib

Yunan sərhədçiləri əfqan miqrantı güllələyib

Tarix: 13 Iyun 2022 22:26

Yunan sərhədçiləri Türkiyə-Yunanıstan sərhədini qanunsuz keçməyə cəhd edən əfqan miqrantı güllələyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə türk polisi məlumat yayıb. Ədirnə əyalətinin polis idarəsi faktı təsdiqləyib.

Doğan Xəbər Agentliyinin məlumatına görə, yunan sərhədçiləri ölkəyə qanunsuz daxil olmaq istəyən 8 əfqan miqrantdan ibarət qrupa atəş açıb. Nəticədə 1 nəfər ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Milli.Az


Etiketlər:  Yunan sərhədçiləri əfqan miqrantı güllələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ