Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2019 13:00
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Qol.az xəbər verir ki, altıncı yarış günündə qadın güləşində 62 və 68, sərbəst güləşdə isə 57 və 65 kq-da mübarizəyə start verilib.
Mahir Əmiraslanov təsnifat mərhələsində çətinliklə də olsa, qırğız güləşçi Ulukbek Joldoşbekova qalib gəlib. 1/16 finalda o rusiyalı Zavur Uquyevə uduzub. Görüşdə 3:0 hesabı ilə üstün olan Əmiraslanov qələbəni əldən verib. Məğlub olan idmançımız əvvəlcə rus idmançı ilə kiçik mübahisə edib. Daha sonra isə o xalçanı yumruqlayaraq əsəbi halda oranı tərk edib.
Hacı Əliyev startda 2 il əvvəl dünya çempionatının finalında məğlub etdiyi Hacımurad Rəşidovla qarşılaşıb. Hakimlərin müəmmalı qərarlarıyla Hacı görüşdən məğlub ayrılıb.