Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 12:10
"Həmin şəxsin bəzi xüsusiyyətləri xoşuma gəlmədi, aramız dəydi. İndi də mənə yalvarır. Bilmirəm, onu bağışlayım, yoxsa yox".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu "Qonağım ol" verilişində deyib.
Sevdiyi şəxsdən ayrıldığını söyləyən sənətçi yenidən yar axtarışında olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, həmin şəxs imkanlı olmalıdır.
"Bağışlamaq istəmirəm. Amma o qədər üzr istəyir ki, "Sənin kimi bir xanımın xətrinə dəymişəm. Nə edim ki, məni yenidən çox istəyəsən. Hazırda fikirləşirəm. Anam onu bağışlamağımı istəmir. Bəlkə də anam düzünü deyir. İnsan yaşa dolduqca tək olur. İstəyirsən ki, kimsə yanında olsun. Ən azından göndərəsən ki, get çörək al.
Gedib işə yarasın. 15 yaşından hər bir işin arxasınca özüm getmişəm. Nə qədər axı olar? Maddi vəziyyəti aşağı səviyyədə olan insan istəmirəm. Qazanıb, öz-özünü dolandıra bilsin. Normal insan olsun".
Qeyd edək ki, M.Musayeva aylar əvvəl qonaq olduğu "7 canlı" axşam şousunda sevgilisi tərəfindən evlilik təklifi alıb. Həmin şəxs ona ev bağışlayacağını bildirmişdi. Mənzurə də bu təklifə "Hə" demişdi. Lakin bir müddət sonra müğənni həmin şəxsdən ayrıldığını açıqlamışdı.