Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qanunsuz ağac kəsən şirkət 35 min manat cərimələndi

Bakıda qanunsuz ağac kəsən şirkət 35 min manat cərimələndi

Tarix: 14 Iyun 2022 12:46

Bakıda qanunsuz ağac kəsən şirkət cərimə edilib.

Baş Prokurorluqdan Sonxeber.net-a verilən məlumata görə, "Çağrı Mərkəzi"nə paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində "Sizin Yurd" MMC tərəfindən ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatla bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırmalarla qeyd edilən MMC tərəfindən tikinti aparılarkən iri diametrli ağacların qanunsuz kəsilməsi müəyyən edildiyindən, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci ( yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən ağacın qanunsuz kəsilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti rayon məhkəməsinə göndərilmişdir.

Eyni zamanda, cəmiyyətin direktoru Xəlil Əsgərov barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraat da aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.

Nəticədə - hüquqi şəxs "Sizin Yurd" MMC 35 min manat, MMC-nin direktoru Xəlil Əsgərov isə 5 min manat məbləğində inzibati cərimə edilib.


Etiketlər:  Bakıda qanunsuz ağac kəsən şirkət manat cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ