Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şakira Pikeni izləmək üçün detektiv tutub

Şakira Pikeni izləmək üçün detektiv tutub

Tarix: 15 Iyun 2022 09:25

Şakira və Pikenin ayrılmasının yeni təfərrüatları ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatında yayılan xəbərlərə görə, ifaçı futbolçunu izləmək üçün detektiv agentliyinə müraciət edib.

Məhz agentliyin əməkdaşları Pikenin xəyanətini sübut edən çoxsaylı şəkillər çəkərək Şakiraya təqdim ediblər. İfaçı bu yolla sevgilisinin ona xəyanət etdiyindən əmin olub.

Sözügedən fotoların heç yerdə yayımlanmadığı qeyd edilib.

Paparazzi Jordi Martin isə daha ətraflı məlumat verərək, Pikenin yeni sevgilisinin futbolçunun tez-tez baş çəkdiyi gecə klubunda ofisant işləyən 22 yaşlı qadın olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Şakira Pikeni izləmək üçün detektiv tutub


RƏYLƏR