Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 15:16
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi avtobuslarla uşaqların səyahətinin təşkili ilə bağlı müraciət edib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, DİN-in Baş DYP İdarəsi uşaqların respublika regionlarına səyahətini təşkil edən hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, avtobuslarla qeyri-müntəzəm sərnişin daşımaları yalnız rəsmi və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na uyğun şəkildə həyata keçirilməklə müvafiq tələblərə riayət edilməlidir.
İdarənin şöbə rəisi Rövşən Tağıyev deyib ki, belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur.
Yol polisi həmçinin regionlara qanunsuz daşımaları təşkil edən şəxslərə də ciddi xəbərdarlıq edib. Qeyd edilib ki, belə hal aşkar edilən kimi həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə ciddi inzibati tənbeh tədbirləri görülücək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: