Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 16:32
Antalya çimərliklərinə girənlər bədənində qara ləkələrlə çıxıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Antalya çimərliklərində bir maddə dənizə girən vətəndaşların bədənində ləkələr buraxıb.
Səlahiyyətlilər neftdən əldə edilən qatrana bənzər maddə ilə əlaqədar analiz üçün laboratoriyaya nümunə göndərib.
Mənbəyi məlum olmayan tullantıların gecənin soyuğunda qatılaşdığı, gün ərzində temperaturun artması ilə yenidən maye halına gəldiyi açıqlanıb.
Konyaaltı sahillərini araşdıran Aralıq dənizi Universiteti balıqçılıq fakültəsindən Dr. Mehmet Gökoğlu dənizə girənlərin üzərinə neftdən əldə edilən zibil sürtüldüyünü bildirib.