Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bizdən Osmanlıya qarşı istifadə etdilər, indi də...

Bizdən Osmanlıya qarşı istifadə etdilər,  indi də...

Tarix: 15 Iyun 2022 17:08

Yunanıstan hökuməti ölkəni nəhəng ABŞ bazasına çevirir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri yunan deputat Kleon Qriqoriadis deyib.

O bildirib ki, mediada Türkiyə ilə yaxında müharibənin olacağı ilə bağlı spekulyasiyalar yürüdülür:

"Hazırda türk əsgərlər deyil, amerikalı hərbçilər Girit, Dədəağac, Larisadadır. Sizin ABŞ-a verdiyiniz digər bölgələrdə gəzirlər. Bunu açıq deməliyik. Hazırda Yunanıstan nəhəng ABŞ bazasına çevrilib".

Onun sözlərinə görə, bu qədər bazanın yaradılması yunan vətəndaşlarının qorxudulması məqsədini daşıyır:

"Bizdən istifadə edirlər. Tarixdən görünür ki, böyük güclər kiçikləri alət edir, öz mənafeyi üçün istifadə edir. 1922-ci ildə olduğu kimi... Qlobal qüvvələr o dönəmdə Osmanlıda olan neft yataqlarını ələ keçirmək üçün yunanlardan Mustafa Kamalın yeni türklərinə qarşı istifadə etdilər. İndi də bizi ağılsızlar kimi istifadə edirlər. Biz tarixdən dərs olmalıyıq".


Etiketlər:  Bizdən Osmanlıya qarşı istifadə etdilər indi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ