Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 08:02
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada keçiriləcək "G7" sammitində və NATO-nun İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitində iştirak etmək üçün dəvətləri qəbul etdiyini bildirib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Şərqi Avropa ölkəsinin başçısı tviterdə yazıb.
"Almaniyada keçiriləcək "G7" sammitində kansler Olaf Şoltsun, NATO-nun Madriddə keçiriləcək sammitində NATO-nun Baş katibi Yens Stoltenberqin əsas beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəvətini minnətdarlıqla qəbul etdim", - siyasətçi yazıb.
Ukrayna Prezidentinin hər iki tədbirdə şəxsən və ya videokonfrans vasitəsilə iştirak edəcəyi məlum deyil.